Əsas məzmuna keç

ABŞ RUSİYAYA QARŞI SANKSİYA SİYAHILARINI GENİŞLƏNDİRƏCƏK

ABŞ administrasiyası gələn həftə Rusiya ilə bağlı sanksiyaları sərtləşdirəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Canet Yellen Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib.

“Biz Rusiyanın sanksiyalardan yayınması ilə mübarizəmizi davam etdiririk və gələn həftə yeni sərt sanksiyalar tətbiq edəcəyik”, – deyə nazir bildirib.

Yellen əlavə edib ki, sanksiyalar “Rusiyanı silahlı qüvvələri üçün kritik materiallarla təchiz etdiyi” iddia edilən üçüncü ölkələrə də şamil ediləcək.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…