31 Yanvar 2026 / 04:35

ABŞ Rusiya ilə bu müqavilənin müddətinin bitməsindən narahatdır

ABŞ administrasiyasının Yeni Strateji Silahların Azaldılması Müqaviləsinin (START) müddətini uzatmaqdan imtina etməsi Vaşinqton üçün ciddi risklər və mənfi nəticələr yaradacaq.

Tezadlar.az xəbər verir ki, bu fikri hərbi və siyasi şərhçi Cenifer Kavanaq “The American Conservative” (TAC) üçün bildirib.

Məqalədə iddia olunur ki, müqavilənin pozulmasının qarşısını almaq üçün çox gecdir, lakin Tramp administrasiyası ən ciddi potensial nəticələrin bəzilərini, ən azı qısa müddətdə azaltmaq üçün tədbirlər görə bilər.

Kavanaq əlavə edib ki, müqavilənin qorunması həm təhlükəsizlik, həm də iqtisadi baxımdan ABŞ üçün faydalı olacaq və Trampın seçici dəstəyini təmin edən seçki kampaniyası vədləri ilə uyğun olacaq.

Şərhçi vurğulayır ki, mövcud nüvə balansının qorunması Rusiyaya güzəşt deyil. Bu, ABŞ təhlükəsizliyinə və iqtisadiyyatına böyük fayda gətirəcək bir addımdır.

Daha əvvəl Tramp ABŞ-Rusiya Yeni START-ın müddətinin bitməsinə laqeyd reaksiya vermişdi. “Əgər müddəti bitərsə, qoy belə olsun”, – deyə o bildirib. Yeni START 5 fevral 2026-cı ildə bitir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!