ABŞ Rusiya ilə münasibətlərlə bağlı təəccüblü açıqlama verib

İranın nüvə proqramı üzrə Rusiya Federasiyası ilə ABŞ arasında əməkdaşlıq Moskva ilə Vaşinqton arasında münasibətlərin yaxşılaşmasına kömək edə bilər.

Tezadlar.az xəbər verir ki, bu barədə “The American Conservative” (TAC) yazır.

Nəşrin müəllifi öz nöqteyi-nəzərini bölüşüb ki, ABŞ və Rusiya arasında İranla bağlı qarşılıqlı fəaliyyət təhlükəli düşmənçilik dövründə öz ikitərəfli münasibətlərini açmağa kömək edə bilər.

Nəşrin köşə yazarının fikrincə, nüvə silahının yayılmaması sahəsində hətta məhdud əməkdaşlıq əlaqələr üçün kanal yaradır, Şimali Atlantika Alyansı ilə Rusiya Federasiyası arasında gərginlik və ya Ukraynadakı silahlı münaqişə kimi digər sahələrdə yanlış hesablamalar riskini azaldır.

Məqalədə İranla bağlı dialoqda Rusiya və ABŞ arasında ümumi dil tapmasının diplomatiyanın böyük uğuru olacağından və dünyadakı vəziyyətə müsbət təsir edəcəyindən bəhs edilir.

E.ŞİRİNOV

Xəbəri paylaş

20 İyul