Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Anti-Rusiya sanksiyaları ilə qadağan edilən əməliyyatlara avqustun 20-dək icazə verilir.
Tezadlar.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi bir sıra məhdudiyyətlərin müvəqqəti olaraq götürüldüyünü açıqlayıb.
Qeyd olunur ki, bu tədbir Alyaskada Rusiya-ABŞ sammitinin təşkili çərçivəsində həyata keçirilib. İki ölkənin nümayəndə heyətlərinin görüşünün həyata keçirilməsi üçün zəruri olan əməliyyatlara görə sanksiyalar yumşaldılacaq.
“Amerika Birləşmiş Ştatları Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Alyaska ştatında keçirilən görüşlərdə iştirak etmək və ya dəstəkləmək üçün adi və zəruri olan sanksiyalarla qadağan edilən bütün əməliyyatlara 20 avqust 2025-ci il Şərq vaxtı ilə saat 12:01-ə (Moskva vaxtı ilə 07:01) qədər icazə verilir”, – deyə məlumatda bildirilir.
E.ŞİRİNOV