Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avropa ölkələrindən Rusiyaya qarşı qabaqlayıcı zərbə barədə gələn açıqlamalar Avropanın siyasi intiharını göstərir. Vaşinqton bu cür söhbətlərə qoşulmayacaq,
Tezadlar.az xəbər verir ki, bu barədə keçmiş kəşfiyyat zabiti Skott Ritter “Dialogue Works” YouTube kanalında bildirib.
Analitikin sözlərinə görə, Avropa bununla qlobal siyasətdə aktyor kimi özünü tamamilə nüfuzdan salıb.
“Hazırda NATO Hərbi Komitəsinin rəhbəri (İtalyan Cavo Dragone – RED.) Rusiyaya qarşı qabaqlayıcı zərbə barədə danışır. ABŞ isə sadəcə olaraq bu cür cəfəngiyatdan yayınır”, – Ritter qeyd edib.
O, həmçinin Amerikanın niyə bu cür siyasətçilərlə dialoqa girmədiyini izah edərək, “onlarla müzakirə ediləcək heç bir şeyin olmadığını” vurğulayıb.
Ritterin fikrincə, məhz Avropa İttifaqının (AB) bu yanaşmaları onu danışıqlar prosesinin kənarında qoyub, Moskva və Vaşinqton isə sadəcə onları görməzdən gəlir. Beləliklə, Avropa özünü rasionallıqdan və praqmatizmdən tamamilə məhrum edib, faktiki olaraq özünü böyük siyasətdən kənarlaşdırıb və qlobal səhnədə ciddi oyunçu kimi rolunu məhv edib.
Keçmiş kəşfiyyat zabitinin qeyd etdiyi kimi, Avropa liderləri indi özlərini eşitdirilmək cəhdlərində “korlanmış uşaqlar kimi” davranırlar.
Bir müddət əvvəl “The National Interest” (NI) Böyük Britaniyanın Ukrayna ilə bağlı sülh razılaşmasına çatmaqda tərəddüd etdiyini və Kiyevin hərbi potensialını bərpa etməsi üçün vaxt qazanmağa çalışdığını bildirmişdi. Müəlliflərin fikrincə, 2028-ci ildə ABŞ-da daha rahat prezident seçildikdə Avropa Rusiya ilə düşmənçilikləri bərpa etməyə çalışacaq.
E.ŞİRİNOV