Əsas məzmuna keç

Xaçmazda evlərinə su dolan insanlar təxliyə edilib – (FOTO VİDEO)

Xaçmaz rayonunun Cığatay kəndində yağan intensiv yağışlar nəticəsində fərdi yaşayış evlərinə su dolub, insanlar köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Tezadlar.az-a bildirilib ki, dərhal əraziyə nazirliyin Mülki müdafiə qoşunları və Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində 5-i azyaşlı və 1-i əlilliyi olan şəxs olmaqla ümumilikdə 22 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…