Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Vaşinqtonda hesab edirlər ki, Putinin Trampla görüşünün əvvəlində onların heç olmasa nəyisə razılaşdıra biləcəkləri, ya yox, aydın olacaq
ABŞ prezidenti Donald Tramp Alyaskada rus diktatoru ilə danışıqlar zamanı Rusiya və Ukrayna arasında “bir növ hərbi əməliyyatların dayandırılmasına” nail olacağına ümid edir.
Tezadlar.az CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
“Bu müharibələr nə qədər çox davam edərsə, onları bitirmək bir o qədər çətindir. Davam edən döyüşlərin reallığı budur, buna görə də atəşkəs çox vacibdir”, – o deyib.
Rubio onu da qeyd edib ki, sülhə nail olmaq üçün “təhlükəsizlik təminatları, ərazi mübahisələri və iddiaları, onların nə üçün mübarizə apardıqları barədə bir növ söhbət olmalıdır”.
Eyni zamanda, o, sülh sazişinin bağlanması üçün həm Rusiyanın, həm də Ukraynanın razılığının lazım olacağını vurğulayıb.
Rubio həmçinin Trampın daha öncəki tezisini təkrarlayıb ki, Putinlə görüşün ilkin mərhələsində “bir şeyin mümkün olub-olmaması” aydın olacaq.
“Sabah vəziyyətin necə inkişaf edəcəyini görəcəyik”, – Rubio deyib.
E.ŞİRİNOV