ABŞ-ın Bakıdakı Səfirliyi vitse-prezident Vensin Şəhidlər Xiyabanındakı ziyarətindən paylaşım edib. Tezadlar.az həmin paylaşımı təqdim edir: “Bu gün ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens və İkinci xanım Uşa Vens Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad etdilər. Vens ailəsinin bu ziyarəti Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara hörmətin ifadəsi olmaqla yanaşı, anım mədəniyyətinin, insan ləyaqətinin və sülhün vacibliyini bir daha göstərir”.
Today,
Vice President JD Vance and Second Lady Usha Vance visited Martyrs’ Alley, honoring the memory of those who gave their lives for Azerbaijan. The Vances’ visit was an opportunity to recognize the sacrifices made by the Azerbaijani people and underscored the importance of remembrance, dignity, and peace”.