Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Amerika Birləşmiş Ştatları Türkiyənin ev sahibliyindә imzalanacaq taxıl sazişini mәmnuniyyәtlә qarşıladıqlarını vә bu mәsәlә ilә bağlı Birləşmiş Millətlər Təşkilatı ilә Türkiyənin göstәrdiyi sәylәri alqışladıqlarını açıqlayıb.
ABŞ Dövlәt Departamentinin sözçüsü Ned Prays keçirdiyi gündәlik mәtbuat konfransında Türkiyә Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna vә Rusiya heyәtlәri ilә BMT Baş katibi Antonio Quterreşin iştirakı ilә İstanbulda keçirilәcәk imza mәrasimi ilә bağlı deyib: “Biz bu razılaşmanı alqışlayırıq. BMT baş katibinin sәylәrini yüksək qiymətləndiririk. Oradakı türk müttəfiqlərimizin göstәrdiyi sәylәri alqışlayırıq” .
Ned Prays bildirib ki, bu, yalnız ABŞ-ın deyil, G-20 ölkələrinin də dəstəklədiyi razılaşmadır (trt).
Rusiyanı “ərzaq məhsullarından silah kimi istifadə etməkdə” günahlandıran Ned Prays razılaşmanın həyata keçirilməsini səbirsizliklə gözləyəcəklərini bildiriib.