12 Avqust 2025 / 21:40

ABŞ Strateji Bombardmançılarını Rusiyaya Yaxın Norveç Bazasında Yerləşdirdi

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus üç ədəd “B-1B Lancer” strateji bombardmançı təyyarəsi Norveçin Rusiya sərhədi yaxınlığında yerləşən Örland aviabazasına çatıb.

Tezadlar.az xəbər verir ki, bu barədə NATO-nun Müttəfiq Hava Komandanlığı (AIRCOM) rəsmi saytında məlumat yayıb.

“ABŞ Hərbi Hava Qüvvələrinin bombardmançıları Avropada təyyarələrin növbəti yerləşdirilməsində iştirak etmək üçün avqustun 9-da Texasdakı Dayss aviabazasından Norveçin Örland aviabazasına gəliblər”, – bəyanatda deyilir.

“B-1B Lancer” (“Rockwell B-1 Lancer”) ABŞ-nin ox formalı qanadları olan səsdən sürətli strateji bombardmançı təyyarəsidir. Təyyarə ötən əsrin 70-80-ci illərində “Rockwell International” şirkəti tərəfindən hazırlanıb. 27 iyul 1985-ci ildən ABŞ Hərbi Hava Qüvvələrinin arsenalındadır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!