Əsas məzmuna keç

ABŞ tezliklə İran üzərində qələbə qazanacaq?

ABŞ Prezidenti Donald Tramp ölkəsinin tezliklə İran üzərində qələbə qazanacağını bildirib. Tezadlar.az CNN- ə istinadla bildirir ki, Tramp bu barədə “GB News” telekanalına müsahibəsində danışıb.

“Biz qalib gələcəyik, bu, tezliklə baş verəcək. Əslində, biz artıq qalib gəlmişik, çünki onların nüvə silahına sahib olmasına imkan verilmir”, – Tramp deyib.

ABŞ Prezidenti İrana zərbələr endirmək qərarının doğru olduğunu bildirib. Onun iddiasına görə, Vaşinqton bu addımı atmasaydı, Tehran iki-dörd həftə ərzində nüvə silahı əldə edə bilərdi. Tramp hazırda bu müddətin 25 ilə qədər uzadıldığını iddia edib.

Tramp, həmçinin ABŞ-nin İrana qarşı əməliyyatlarının uğurla davam etdiyini və Vaşinqtonun Hörmüz boğazına nəzarət etdiyini bildirib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…