23 Aprel 2026 / 03:14

ABŞ Trampın İranla bağlı qərarını belə izah etdi

Ağ Evin mətbuat katibi Kerolin Levitt “Fox News”-a verdiyi açıqlamada ABŞ prezidentinin atəşkəsin uzadılması qərarının İranın vahid danışıqlar mövqeyinin olmaması ilə bağlı olduğunu söyləyib.

O, “Onların hələ də vahid mövqe ortaya qoya bilməmələri – və məhz buna görə də prezidentin atəşkəsin uzadılması qərarı – yalnız Epik Qəzəb Əməliyyatının nə qədər təsirli olduğunu sübut edir” deyib.

Tezadlar.az xəbər verir ki, onun sözlərinə görə, hazırda ciddi daxili fikir ayrılığı var.

“Prezident bunu başa düşür və biz onların cavabını gözləyirik”, – Levitt deyib.

Əvvəllər İranın atəşkəs bitdikdən sonra yenidən hərbi əməliyyatlar başlasa, ABŞ və İsrail üçün “yeni sürprizlər” hazırladığı bildirilirdi. “Tasnim”in məlumatına görə, İran son iki həftə ərzində “həmişə müharibə ehtimalının yüksək olduğunu” düşünüb və buna görə də “bəzi hərbi hərəkətlər edib və yeni hədəf siyahısı hazırlayıb”.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!