Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp bir neçə aydır rusiyalı həmkarı Vladimir Putinlə şəxsi görüşə can atırdı.
Tezadlar.az xəbər verir ki, bu barədə Amerikanın “The Atlantic” jurnalı yazır.
Məqalədə deyilir: “Putin Trampa ABŞ prezidentinin aylardır gözlədiklərini verdi: münaqişənin sona çatmasını müzakirə etmək üçün təkbətək görüş. Tramp fürsətdən istifadə etdi”.
ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton qeyd edib ki, Putin “artıq qalib gəlib”. Onun sözlərinə görə, Tramp razılaşma əldə etmək istəyir. Ağ Ev rəhbəri öz məqsədinə nail ola bilməsə, danışıqlar prosesindən geri çəkilə bilər, – keçmiş köməkçi vurğulayıb.
Putin və Tramp avqustun 15-də Alyaskada danışıqlar aparacaq.Əsas mövzu Ukraynada sülhdür. Müzakirə olunan təkliflər arasında ərazilərin mübadiləsi və Kiyevin NATO-ya üzv olmaqdan imtinası ola bilər.
E.ŞİRİNOV