Əsas məzmuna keç

ABŞ UKRAYNA ƏRAZİSİNİN BÖLÜNMƏSİNƏ İCAZƏ VERDİ

1953-cü ildə Koreya müharibəsinin başa çatmasından nümunə götürərək, Ukraynadakı münaqişə ərazi bölgüsü yolu ilə dayandırıla bilər.

“The American Conservative” xəbər verir ki, bunu Kentukkidən olan senator Rend Pol deyib.

Nəşr siyasətçinin sözlərindən sitat gətirir: “Pol münaqişənin ən çox ehtimal olunan nəticəsinin Koreya yarımadasının ərazilərinin bölünməsinə bənzəyəcəyini bildirdi”.

Pol ABŞ prezidenti Co Bayden administrasiyasının siyasətini də tənqid edib. Onun sözlərinə görə, bu, yalnız münaqişənin davam etdirilməsinə töhfə verir, onun həlli üçün mümkün ssenariləri gecikdirir. Senator əlavə edib ki, uzunmüddətli sülh yalnız Ukraynanın tam hüquqlu neytral dövlət kimi formalaşması ilə mümkün olacaq.

Bundan əvvəl Pol Kiyevə yardımın ABŞ-ın büdcə layihəsindən çıxarılmasının vacibliyini bildirmişdi. O, Amerika rəhbərliyini öz zərərinə başqa bir ölkəni maliyyələşdirməyə çalışmaqda tənqid edib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…