Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 Dekabr 2025 / 12:35

ABŞ Ukraynanın iştirak etdiyi Florida danışıqlarını konstruktiv hesab edir – Uitkoff

ABŞ hesab edir ki, ABŞ-ın Florida ştatında Ukrayna nümayəndə heyəti ilə Vaşinqton və Avropadan olan nümayəndələr arasında keçirilən danışıqlar məhsuldar və konstruktiv olub.

Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib.

“Son üç gün ərzində Ukrayna nümayəndə heyəti Amerika və Avropa tərəfdaşları ilə bir sıra məhsuldar və konstruktiv danışıqlar aparıb”, – o, məktubunda yazıb.

Uitkoff bildirib ki, son günlərdə keçirilən məsləhətləşmələr zamanı tərəflər münaqişənin həlli üçün növbəti addımların vaxtı və ardıcıllığını müzakirə etməyə diqqət yetiriblər. O, məktubunda yazıb: “Biz növbəti addımların vaxtı və ardıcıllığını müzakirə etməyə xüsusi diqqət yetiririk”.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!