9 Avqust 2024 / 09:39

ABŞ UKRAYNANIN KURSK BÖLGƏSİNƏ MÜDAXİLƏSİNİ BELƏ QİYMƏTLƏNDİRİB

Ukrayna Silahlı Qüvvələrinin (USQ) Kursk vilayətinə hücumu macəradır və Kiyevin çarəsizliyini göstərir.

Tezadlar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Ukrayna Silahlı Qüvvələrinin öz qıt hərbi resurslarının böyük hissəsini Rusiya ilə sərhəddən keçirtmək qərarı diqqəti cəlb edir, lakin əsas strateji hədəfin nə olduğu hələ aydın deyil. Deyə bilərik ki, bu, Ukrayna üçün ümidsizlik anıdır”, – deyə telekanal qeyd edib.

Materialın müəllifləri Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsindəki hərəkətləri olan “qələbə lazım idi, lakin macəraya ehtiyac olmadığını” ümumiləşdirib.

Bundan əvvəl Pentaqon bəyan etmişdi ki, Rusiya regionuna zərbələr endirmək üçün Amerika silahlarından istifadə ABŞ-ın siyasətinə zidd deyil.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!