Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında Alyaskada keçiriləcək danışıqlardan əvvəl ABŞ hakimiyyəti Ukrayna hakimiyyətini döyüş qabiliyyətini real qiymətləndirməyə çağırıb.
Tezadlar.az xəbər verir ki, bu barədə amerikalı məmura istinadən “Politico” qəzeti məlumat yayıb.
Nəşr vurğulayır ki, Vaşinqton Kiyevi bu məsələdə “praqmatik” olmağa və hazırkı “döyüş imkanları” ilə nə edə biləcəyini “qiymətləndirməyə” çağırıb.
Xatırladaq ki, Rusiya Federasiyası və ABŞ başçıları arasında danışıqlar avqustun 15-də Alyaskada keçiriləcək. Görüş üçün məkan kimi Ankoric şəhəri seçilib.
Bundan əvvəl Tramp mətbuat konfransı zamanı Vladimir Zelenskini Putinlə görüşə dəvət etmək fikrində olmadığını bildirib. Bundan əlavə, o, ərazilərin mübadiləsi məsələsində ukraynalı siyasətçinin mövqeyi ilə razılaşmayıb – o, “konstitusiya təsdiqinə” ehtiyac duyacağını bildirib. Tramp vurğulayıb ki, Zelenskiyə hərbi əməliyyatlar aparmaq üçün buna ehtiyac yoxdur.
E.ŞİRİNOV