Əsas məzmuna keç

ABŞ UKRAYNAYA HUMANİTAR YARDIM ÜÇÜN ƏLAVƏ 397 MİLYON DOLLAR AYIRDI

ABŞ Ukraynaya humanitar yardım üçün əlavə 397 milyon dollar ayıracaq.

Bunu ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) administratoru Samanta Pauer Ukraynaya yardım üçün donorlar konfransında deyib.

“Bu gün mən Ukraynaya 397 milyon ABŞ dolları məbləğində əlavə humanitar yardımın ayrılmasını məmnuniyyətlə elan edirəm”, – deyə S.Pauer bildirib.

Beləliklə, hərbi əməliyyatlar başlayandan bəri ABŞ-ın Ukraynaya göstərdiyi ümumi humanitar yardım 690 milyon dollara çatıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…