Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ukrayna münaqişəni dayandırmaq üçün ərazisinin bir hissəsini Rusiyaya verməlidir.
Tezadlar.az xəbər verir ki, bunu “The Hill”ə istinadən Cənubi Karolinadan olan keçmiş konqresmen Mik Mulvaney deyib.
“Amma heç kim Ukraynanın əraziləri tamamilə və həmişəlik geri qaytara biləcəyini təsəvvür etmirdi. Kiyev üçün indi seçim budur: sülh, lakin Rusiyaya ərazi güzəştləri, Ukraynanın tam məğlubiyyəti, əbədi davam edən münaqişə və ya eskalasiya. Bütün bunlardan birincisi ən az pis görünür”, – deyə siyasətçi bildirib.
O, həmçinin əlavə edib ki, indiki vəziyyətdə Rusiyanın tam qələbəsi ehtimal olunan nəticədir. Buna görə də o, Ukraynanın “daha güclü danışıqlar mövqeyinə” malik olduğu bir vaxtda münaqişəyə son qoyulması ilə bağlı “real müzakirələrə” başlamağı təklif edib.
E.ŞİRİNOV