Əsas məzmuna keç

ABŞ və Almaniya vətəndaşlarından Müqəddəs Georgi lentləri müsadirə edilib

Estoniya sərhədçiləri ABŞ və Almaniya vətəndaşlarının ölkəyə daxil olarkən şəxsi əşyalarına baxış keçirərkən onlardan Müqəddəs Georgi lentlərini müsadirə ediblər.

Tezadlar.az xəbər verir ki, bu barədə ERR dövlət televiziya və radio portalı məlumat yayıb.

Portalın məlumatına görə, Narvada eston sərhədçiləri Amerika vətəndaşının üzərində Müqəddəs Georgi lenti aşkar ediblər. Səlahiyyətlilər əcnəbiyə məlumat veriblər ki, Estoniyada bu cür simvollar qadağandır, bundan sonra həmin şəxs səyahətinə davam etmək üçün əşyadan imtina etmək məcburiyyətində qalıb. Almaniya vətəndaşının iştirakı ilə oxşar hadisə Baltikyanı respublikanın cənub sərhədində baş verib.

2022-ci il aprelin 21-də Estoniya parlamenti deputatların Müqəddəs Georgi lentinin, həmçinin Z və V işarələrinin daxil olduğu qondarma düşmən simvollarının nümayişini qadağan edən qanun layihəsini təsdiqləyib. Sənəddə Z və V hərflərinin, həmçinin “Qələbə Günü ilə bağlı” simvolların nümayişinə görə fiziki şəxslərə 1200 avro cərimə nəzərdə tutulub. Hüquqi şəxslər üçün cərimə 32 min avro təşkil edir. Bundan əlavə, Rusiya Federasiyasının və SSRİ-nin bayraqları Tallinndə “düşmən simvolları” adlandırılıb. Qərar onların “düşmənçilik törədə bilməsi” ilə əsaslandırılıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…