Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ və Avropa İttifaqından (Aİ) olan diplomatlar İranın ali dini lideri Ayətullah Əli Xamneyini kimin əvəzləyəcəyi ilə bağlı məxfi danışıqlar aparır.
Tezadlar.az xəbər verir ki, bu barədə mənbələrə istinadən CBS News məlumat yayıb.
Xüsusilə, nüvə obyektlərinin və materiallarının təhlükəsizliyinin təmin edilməsinin mümkünlüyü, habelə nüvə obyektlərinə hərbi zərbələrin regional müttəfiqlər üçün mümkün ekoloji və sağlamlıq nəticələri ilə bağlı müzakirələr aparılır. Telekanalın həmsöhbətlərinin sözlərinə görə, amerikalı və avropalı diplomatlar da hazırkı hakimiyyətin İranı nə dərəcədə effektiv idarə edə bildiyini nəzərdən keçiriblər.
Bundan əlavə, nəşrin fikrincə, qarşıdakı iki həftə ərzində diplomatiyanın İsraillə İran arasında münaqişəni dayandırmaq üçün “son şansı” olacaq.
Xəbər verdiyimiz kimi, iyunun 13-də İsrail İrana qarşı misli görünməmiş əməliyyata başlayıb, nüvə obyektlərinə, hərbi bazalara və komanda heyətinə zərbələr endirib. İsrail rəsmiləri bunun Tehrandan artan nüvə təhlükəsinə cavab olduğunu deyirlər.
E.ŞİRİNOV