8 Avqust 2025 / 19:16

ABŞ və Böyük Britaniya rəsmiləri qeyri-rəsmi danışıqlar apardı

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens yaxın bir neçə gündə ailəsi ilə birlikdə keçirəcəyi tətil üçün Böyük Britaniyaya gəlib.

Tezadlar.az xəbər verir ki, o, Böyük Britaniyanın xarici işlər naziri Devid Lemminin Londondan cənubda yerləşən şəhərkənarı iqamətgahı olan “Çivinq haus”da qalır.

Qeyd olunur ki, siyasətçilər əvvəlcə balıq tutmağa gediblər. Daha sonra onlar Ukrayna, Qəzza zolağındakı münaqişə və ticarətlə bağlı qeyri-rəsmi danışıqlar aparacaqlar.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!