Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ və İran atəşkəsin 60 gün uzadılması və Tehranın nüvə proqramı ilə bağlı danışıqlara başlamaq üçün anlaşma memorandumu barədə razılığa gəliblər. Tezadlar.az CNN- ə istinadla xəbər verir ki, bu barədə “Axios” portalı və İsrail televiziyasının 12-ci kanalının müxbiri Barak Ravid sosial mediada məlumat verib.
“ABŞ və İran anlaşma memorandumu ilə bağlı razılığa gəliblər. Lakin Prezident (ABŞ) Donald Tramp hələlik yekun razılığını verməyib. Prezident vasitəçilərə bildirib ki, yekun qərar verməzdən əvvəl bunu nəzərdən keçirmək üçün bir neçə günə ehtiyacı var”, – deyə o, vasitəçilikdə iştirak edən iki yüksək vəzifəli ABŞ rəsmisinə və regional mənbəyə istinadən qeyd edib.
Memorandumda İran uran zənginləşdirilməsi və ehtiyatlarından imtina məsələsini danışıqlar yolu ilə həll etməyi öhdəsinə götürür. İran 30 gün ərzində Hörmüz boğazındakı minaları təmizləməlidir. ABŞ İranın aktivlərinin azad edilməsi və sanksiyaların ləğvi məsələsini müzakirə etməyi öhdəsinə götürür. ABŞ İrana qarşı blokadanı ləğv edəcək Blokadanın ləğvi Hörmüz boğazından gəmiçilik bərpa olunduqca baş verəcək