Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Polis ABŞ vitse-prezidenti Cey Di Vensin Sinsinnatidəki evində pəncərələri sındıran şəxsin kimliyini müəyyən edib.
Tezadlar.az xəbər verir ki, Vensin evinin pəncərələrini 26 yaşlı Uilyam Defur sındırıb.
“Independent”in məlumatına görə, o, vandalizm, əmlakı qəsdən zədələmə, özgə əraziyə qanunsuz daxil olmaqda ittiham olunur.
ABŞ Məxfi Xidmətinin məlumatına görə, Defur vitse-prezidentin evinin dörd pəncərəsini və avtomobilini zədələyib, lakin evin içərisinə daxil olmayıb. Saxlanıldıqdan sonra o, Sinsinnati polisinə təhvil verilib.
Hadisə zamanı ev boş, Vens və ailəsi Vaşinqtonda olub. Məhkəmə sənədləri göstərir ki, bu, Defurun cinayət ittihamı ilə üzləşdiyi ilk hal deyil. Araşdırma davam edir.
Həmçinin Vens “X” sosial şəbəkəsində evinə hücum edildiyini təsdiqləyib, Məxfi Xidmət və polisə sürətli reaksiyaları üçün təşəkkür edib.