Əsas məzmuna keç

ABŞ YƏMƏNDƏ GƏMİ ƏLEYHİNƏ QANADLI RAKET VURUB

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəməndə husilərin nəzarətində olan ərazidən atılan gəmi əleyhinə qanadlı raketi vurduğunu açıqlayıb.

CENTCOM-un verdiyi açıqlamaya görə, raket Yəmənin Hudeydə şəhəri sahilləri yaxınlığında ABŞ döyüş təyyarələri tərəfindən vurulub.

Hadisə nəticəsində xəsarət alan və dağıntı olmadığı qeyd edilib.

Qeyd edək ki, İsrailin Qəzzaya hücumlarına cavab olaraq Yəməndə husilərin ticarət gəmilərinə qarşı son hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib.

Bunun qarşısında ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 6 dekabr 2023-cü ildə Yəməndəki Husi qüvvələrinin Qırmızı dənizdə ticarət gəmilərinə qarşı hücumlarına qarşı beynəlxalq “Dəniz İşçi Qrupu” yaratmaq üçün danışıqlar apardıqlarını və dekabrın 18 dekabr 2023-cü il tarixində “Refah Mühafizləri” əməliyyatı adlanan çoxmillətli missiyanın yaradıldığını elan edib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…