ABŞ-nin İraq, Livan, Küveyt və Bəhreyndəki səfirlikləri regiondakı amerikalılara təhlükəsizlik xəbərdarlığı verərək, Yaxın Şərqdəki gərginliyin “gözlənilmədən arta biləcəyini” bildiriblər.
Tezadlar.az xəbər verir ki, Bağdad, Beyrut, Küveyt və Manamadakı ABŞ səfirliklərinin açıqlamalarında Yəməndəki İran tərəfindən dəstəklənən Husi üsyançılarının Səudiyyə Ərəbistanındakı mülki hava limanı da daxil olmaqla müxtəlif yerlərə hücumlar həyata keçirdiyi qeyd olunub.
Məlumatlarda Səudiyyə Ərəbistanı ilə Husilər arasındakı hərbi münaqişənin “sürətlə arta” biləcəyi və Yaxın Şərqdəki təhlükəsizlik mühitinin mürəkkəb olduğu, “gözlənilməz eskalasiya” ehtimalının olduğu göstərilib.
Məlumatlarda Yaxın Şərqdəki amerikalılar ayıq-sayıq olmağa və mümkün uçuşların ləğvi, hava məkanının bağlanması və səyahət pozuntularına hazır olmağa çağırılıb.
Məlumatlarda İran və onunla əlaqəli qrupların ABŞ-la əlaqəli yerləri hədəf ala biləcəyi və Yaxın Şərqdən kənarda olanlar da daxil olmaqla ABŞ-nin diplomatik obyektlərinin keçmişdə hədəfə alındığı qeyd olunurdu.
ELBAR






