ABŞ yeni termonüvə hava bombası olan B94-ün hazırlanmasını planlaşdırır. Layihəyə 77,1 milyon dollardan çox vəsaitin ayrılması nəzərdə tutulur.
Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ Senatının Təxsisatlar Komitəsinin dərc etdiyi sənəddə bildirilib.
“The War Zone” nəşrinin məlumatına görə, yeni bomba NDS-A proqramı çərçivəsində hazırlanır və dərinlikdə yerləşən möhkəmləndirilmiş hədəfləri məhv etmək üçün nəzərdə tutula bilər. Mütəxəssislər onun köhnəlmiş B83-1 bombalarını əvəz edə biləcəyini ehtimal edirlər.
Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının nümayəndəsi bildirib ki, proqram ABŞ-yə əlavə nüvə imkanları qazandırmağı hədəfləyir. Layihə üzrə işlər sürətlə davam edir.
Qeyd edək ki, ABŞ hazırda sualtı qayıqlardan buraxılan ballistik raketlər üçün nəzərdə tutulmuş W93 nüvə başlığını da hazırlayır.







