Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tramp administrasiyası Kiyevlə faydalı qazıntılarla bağlı saziş imzalamağa başlayıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, Tramp Ukraynanın faydalı qazıntıları ilə bağlı əldə olunan razılaşmalar Vaşinqtona Kiyevin dəstəklənməsinə xərclənən bütün vəsaiti geri qaytarmağa və əlavə gəlir əldə etməyə imkan verəcəyini düşünür. Tramp bunu Uest-Palm-Biçdən Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən bildirib. Onun sözlərinə görə, ABŞ-ın Ukraynaya dəstəyi əslində ölkə üçün xərc yaratmır, əksinə gəlir gətirir. ABŞ prezidenti qeyd edib ki, əvvəlki administrasiya dövründə Ukraynaya 350 milyard dollar həcmində yardım göstərilib.
Tramp əlavə edib ki, nadir torpaq elementləri ilə bağlı razılaşma sayəsində bu vəsaitin əhəmiyyətli hissəsi artıq geri qaytarılıb.