Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Abxaziya ilə münasibətləri bərpa etmək üçün Gürcüstan hərbi güc tətbiq etməmək haqqında saziş imzalamalıdır.
Tezadlar.az TASS-a istinadən xəbər verir ki, diplomatik əlaqələrin bərpası üçün şərtləri respublikanın xarici işlər naziri Oleq Bartsits açıqlayıb.
“Bəzi praktiki addımlar atmaq lazımdır, əks halda, bu, sadəcə bəyannamə olaraq qalacaq. Mənim nöqteyi-nəzərimə görə, bu, aşağıdakı addım ola bilər: hərbi gücdən istifadə etməmək haqqında hüquqi öhdəliyi olan sazişin qəbul edilməsi”, – Abxaziya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
Diplomat əlavə edib ki, o, Gürcüstan hakimiyyətinin Abxaziya və Rusiya ilə münasibətlərin normallaşmasına münasibətini müsbət qiymətləndirir.
Bundan əvvəl Abxaziya prezidenti Badra Qunba Tbilisini respublikanın indi müstəqil dövlət olması faktını qəbul etməyə çağırıb. Ölkə lideri onu da qeyd edib ki, dialoqu bərpa etmək üçün Gürcüstan güc tətbiqindən imtina haqqında saziş imzalamalıdır.
E.ŞİRİNOV