18 Dekabr 2025 / 16:35

Acun Ilıcalının keçmiş həyat yoldaşı da narkotiklə bağlı istintaqa cəlb olunacaq – yeni adlar

 Türkiyədə bu gün səhər saatlarında aparılan narkotik əməliyyatları çərçivəsində bir neçə məşhur saxlanılıb.

Tezadlar.az -ın məlumatına görə, istintaqa cəlb olunacaqlar arasında türkiyəli iş adamı Acun Ilıcalının eks-xanımı, sosial media fenomeni Şeyma Subaşı da yer alıb.

Bundan başqa, Şevval Şahin, Mert Vidinli və Cihan Şensözlü barəsində də saxlanılma qərarı çıxarılıb. Lakin onların hazırda xarici ölkələrdə olduğu müəyyən edilib. Bu səbəbdən sözügedən şəxslərin saxlanılması üçün məhkəmə tərəfindən axtarış qərarı çıxarılıb.

Rəsmi məlumatda qeyd olunub ki, istintaq davam edir və şübhəlilərin saxlanılması istiqamətində beynəlxalq koordinasiya həyata keçirilir.

Xatırladaq ki, bundan əvvəl də Türkiyədə məşhurlar narkotik istintaqında ifadə verdi.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!