Əsas məzmuna keç

Advokatın müqaviləsi uzadıldı

Kurasao millisi Niderlandlı mütəxəssis Dik Advokatla müqavilənin müddətini uzadıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Kurasao Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

78 yaşlı mütəxəssislə müqavilənin müddəti 2027-ci il avqustun 1-dək artırılıb.

Dik Advokat bu ilin may ayından Kurasao millisinə çalışır. Onun rəhbərliyi altında komanda tarixində ilk dəfə dünya çempionatında iştirak edib.

Kurasao mundialda Almaniyaya 1:7, Fildişi Sahilinə 0:2 hesabı ilə məğlub olub, Ekvadorla isə qolsuz heç-heçə edib.

Qeyd edək ki, Advokat daha əvvəl Rusiyanın “Zenit” klubunda və Rusiya milli komandasında çalışıb. O, həmçinin Niderland, Serbiya və Belçika yığmalarına rəhbərlik edib, “Fənərbağça”, “Sanderlend” və PSV kimi klublarda baş məşqçi vəzifəsində işləyib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…