Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 Noyabr 2025 / 21:18

ADY və RDY saziş imzalayıb

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə “Rusiya Dəmir Yolları” ASC arasında məlumatların ikitərəfli elektron mübadiləsi haqqında saziş imzalanıb.

ADY-nin məlumatına görə, sənəd QSC-nin sədri Rövşən Rüstəmov və “Rusiya Dəmir Yolları”nın baş direktoru və İdarə Heyətinin sədri Oleq Belozyorov arasında keçirilən görüş çərçivəsində imzalanıb.

Saziş yük daşımalarının effektivliyinin artırılmasına və rəqəmsal sənəd dövriyyəsinin həyata keçirilməsinə imkan verəcək.

Görüşdə iki ölkənin dəmir yolu administrasiyaları arasında əməkdaşlığın inkişafı və qarşılıqlı fəaliyyətin gücləndirilməsi, marşrutların səmərəliliyinin yüksəldilməsi və daşıma proseslərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bir sıra məsələlər müzakirə olunub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!