Bu günlərdə bəzi elektron KİV- lərdə TV- lərə çıxışı qadağan edilən müfənnilərin siyahısı yayımlanmışdı… Sonradan bəlli oldu ki, bu feyk xəbərdir… Və həmin siyahıda adı keçən ifaçılar bu siyahını tərtib edib yayanları sərt qınadılar. Bu dəfə isə müğənni Afət Fərmanqızı həmin saxta siyahının başqa bir müğənninin sifarişi ilə hazırlandığını deyib və sərt danışıb. O, instaqram hesabında bəzi aparıcıları ittiham edib, eləcə də bir başqa müğənnini konkret günahlandırıb. Fərmanqızı paylaşımında həmin müğənnini “əyriqılça” adlandırıb, saxta siyahının da onun sifarişi ilə tərtib olunduğunu deyib. Sitat: “Bu saxta siyahı tək bir adamın işi deyil. İki nəfər görüşüb, o cümlədən dəstənin rəhbəri həmin bu “əyri qılçadır”. Ora başqa müğənnilərin də adı əlavə olunmalı idi, çünki tək Afətin adı yazılardısa, izləyicilər bunu edənin mənim düşmənlərimdən biri olduğunu biləcəkdilər. Həm də bu rəsmi xəbərə oxşamır. Girib həmin səhifəyə baxsaz, orada “əyri qılçadan” videolar çox paylaşılıb. Onu dünya starı kimi təqdim ediblər. Rəsmi bir xəbər saytının sənəti olmayan bir “əyri qılça”nı niyə orada sanki Rihanna səviyyəsində təqdimatını niyə eləsin ki? Deməli, görünən kənddə nə bələdçi? Dostluğu olan bir səhifə ilə bunu yayımlayıb”.
Bu da daha bir feyk məlumatın sonu…
Səbuhi