Əsas məzmuna keç

Livanda ölənlərin sayı 1422-yə çatdı

Livanın Səhiyyə Nazirliyi 2 martdan bəri İsrail hücumlarında ölənlərin sayının son 24 saat ərzində 54 nəfər artaraq 1422-yə, yaralıların sayının isə 4294-ə çatdığını açıqlayıb.

Tezadlar.az xəbər verir ki, Livanın Səhiyyə Nazirliyi 2 martdan bəri İsrailin ölkəyə hücumlarında ölənlərin sayının 1422-yə, yaralıların sayının isə 4294-ə çatdığını bildirib.

Qeyd edilib ki, ölənlərdən 126-sı uşaq, 93-ü qadındır.

Bəyanatda həmçinin İsrail hücumlarında 54 səhiyyə işçisinin öldüyü və 142 səhiyyə işçisinin yaralandığı bildirilib.

İsrail ordusu Livana intensiv hücumlarını davam etdirir.

Livan Səhiyyə Nazirliyi dünən 2 martdan bəri İsrail hücumları nəticəsində ölənlərin sayının 1368-ə çatdığını açıqlamışdı.

İsrailin Livana hücumları

2 martda İsrail ordusu Livandan raket zərbəsi aşkar edildikdən sonra Şimali Livanda sirenlərin işə salındığını açıqlayıb.

Daha sonra İsrail ordusu paytaxt Beyrutu hədəf alaraq Livan boyunca hava hücumları başlatdığını, havadan və dənizdən intensiv hücumlar həyata keçirərək Livanın quru işğalını genişləndirmək qərarına gəldiyini bəyan edib.

Livan hökuməti ölkədəki məcburi köçkünlərin sayının 1.162.000-i keçdiyini bildirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…