İranın cənubundakı Hörmüzqan əyalətinin Bəndər Lənqədə bir körpüyə ABŞ-İsrail hücumundan sonra iki ticarət gəmisinin yandığı bildirilir.
Tezadlar.az xəbər verir ki, “Mehr” Xəbər Agentliyinin məlumatına görə, ABŞ və İsrail Hörmüzqan əyalətinin Bəndər Lenqe şəhərindəki körpüyə hücum ediblər.
Hücum nəticəsində bir nəfər yaralanıb, yerli sakinlərə məxsus iki ticarət gəmisi isə yanıb.
Xilasetmə və dənizçilik qruplarının yanğını nəzarət altına almaq üçün çalışdığı bildirilir.
E.ŞİRİNOV







