Əsas məzmuna keç

AFFA-dan U-14 və U-15 komandalarına ciddi xəbərdarlıq

affa milyon vesaitjpg

“Karvan-Yevlax”ın U-14 və U-15 komandalarına danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya təşkil olunub.

Tezadlar.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib.

Tədbir Yevlax şəhər stadionunda AFFA-nın Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəisi Naib Əsədov tərəfindən təşkil olunub.

Seminarda danışılmış oyunlara qarşı mübarizə mövzusunda əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb.

Danışılmış oyunların yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…