Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qrenlandiya üzrə ABŞ-Danimarka birgə işçi qrupunun iclasları hər iki-üç həftədən bir keçiriləcək.
Tezadlar.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolin Livitt mətbuat brifinqində açıqlayıb.
14 yanvarda Danimarka və Qrenlandiya xarici işlər nazirləri Lars Lökke Rasmussen və Viviane Motzfeldt Vaşinqtonda ABŞ vitse-prezidenti J.D.Vens və ABŞ dövlət katibi Marko Rubio ilə görüşüblər.
“Yaxşı görüş idi. Və həmin görüşdə tərəflər Qrenlandiyanın alınması ilə bağlı texniki danışıqları davam etdirəcək şəxslərdən ibarət işçi qrupu yaratmaq barədə razılığa gəldilər. Mənə məlumat verildi ki, bu danışıqlar hər iki-üç həftədən bir keçiriləcək. Beləliklə, administrasiya danimarkalılar və Qrenlandiyadan olan hörmətli nümayəndə heyəti ilə danışıqları davam etdirmək niyyətindədir”, – deyə o bildirib.
“Lakin prezident öz prioritetlərini aydın şəkildə bildirib. O, ABŞ-ın Qrenlandiyanı əldə etməsini istəyir. O, bunun bizim milli təhlükəsizlik maraqlarımıza uyğun olduğuna inanır”, – Livitt əlavə edib.
E.ŞİRİNOV