Ağ Ev Konqresin yüksək vəzifəli respublikaçı üzvlərinə İrandakı üç nüvə obyektinə zərbələr endirilməsi ilə bağlı xəbərdarlıq edib.
Tezadlar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Zərbələr ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson və Senatda Respublikaçı Çoxluğun lideri Con Tuna əvvəlcədən məlum idi.
Qeyd olunur ki, ABŞ-da demokrat senatorlara prezident Donald Trampın İrana zərbələr endirəcəyini açıq elan etməzdən bir qədər əvvəl hücumlarla bağlı xəbərdarlıq edilib.
Nümayəndələr Palatasında azlıqların lideri Hakeem Jeffries və Senatın Demokratlar Partiyasının lideri Çak Şumer rəsmi bildirişlər alıblar. Telekanalın məlumatına görə, demokrat konqresmenlər Trampın parlamentin icazəsi olmadan əməliyyatlar keçirmək qərarını pisləyib və bu məsələ ilə bağlı gizli brifinqlər tələb ediblər. Bundan əvvəl respublikaçı senator Cim Riş söz vermişdi ki, ABŞ-ın İrana zərbələri uzun sürən müharibəyə səbəb olmayacaq.
Tramp bildirib ki, ABŞ Hərbi Hava Qüvvələri İranı bombaladıqdan sonra artıq sülhün vaxtı çatıb. İyunun 22-nə keçən gecə Amerika lideri özünün Truth Social səhifəsində ABŞ Hərbi Hava Qüvvələrinin Fordo, Natanz və İsfahan da daxil olmaqla İranın üç nüvə obyektinə hücum etdiyini bildirib.
E.ŞİRİNOV