Əsas məzmuna keç

Ağ Ev sızmalardan sonra Konqreslə kəşfiyyat paylaşımını məhdudlaşdıracaq

Ağ Ev İranın nüvə obyektlərinə zərbələrin nəticələri barədə məlumat sızmasından sonra Konqreslə kəşfiyyat məlumatlarının paylaşılmasını məhdudlaşdıracaq.

Tezadlar.az xəbər verir ki, bu barədə “Washington Post” (WP) ABŞ prezidenti Donald Trampın administrasiyasının yüksək vəzifəli məmuruna istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, Ağ Ev qanunvericilərlə brifinqlər keçirmək üçün dörd milli təhlükəsizlik rəsmisini göndərəcək. Onların arasında müdafiə naziri Pit Heqset, dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn də var.

Bundan əvvəl CNN kəşfiyyat məlumatlarına istinadən xəbər vermişdi ki, ABŞ-ın zərbələri İranın nüvə proqramının əsas komponentlərini məhv etməyib.

Ağ Evin mətbuat katibi Karolin Levitt buna cavab olaraq belə bəyanatların “açıqca yalan” olduğunu və Trampı gözdən salmaq cəhdi olduğunu bildirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…