Əsas məzmuna keç

“AĞAC QATİLLƏRİ” BALAKƏN VƏ YEVLAXDA DA TƏBİƏTƏ XEYLİ ZİYAN VURUB.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhərinin Nəsimi rayonunda, eləcə də Balakən və Yevlax rayonları ərazisində ağacların qanunsuz kəsildiyi və təbiətə ümumilikdə 25450 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
TEZADLAR.AZ xəbər verir ki, faktlarla bağlı “Şərq İnşaat” MMC, “Lalə tekstil” MMC, həmçinin Zaqatala rayon sakini Ramil Rəcəbov barəsində akt tərtib edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

Vətəndaşları yaşıllıqların məhv edilməsinə yol verməməyə, bu cür hallar aşkar edildikdə isə dərhal Nazirliyin 168 saylı “Qaynar Xətt”inə məlumat verməyə çağırırıq.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…