Əsas məzmuna keç

“AĞAC QATİLLƏRİ” SIRASINDA “LEYLA MEDICAL CENTER”İN DƏ ADI YER ALDI

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhərinin Xətai, Nərimanov, eləcə də Bərdə, Ağdam və Balakən rayonlarında ağacların qanunsuz kəsildiyi və təbiətə ümumilikdə 34330 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Faktlarla bağlı “Leyla Medical Center” Klinikası, Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi, həmçinin fiziki şəxslər Bərdə rayon sakini Yaqub Nəbiyev, Ağdam şəhər sakini Vəli Əfəndiyev və Balakən rayon sakini Məhərrəm Cəlilov barəsində akt tərtib edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…