6 May 2026 / 10:58

Ağcabədidəki baytarlıq aptekində görün necə preparatlar satılırmış – İNANILMAZ

Vətəndaş müraciəti əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağcabədi rayonunun Hacıbədəlli kəndində fəaliyyət göstərən, Məmmədov Yusif Mərdan oğluna məxsus baytarlıq aptekində yoxlama keçirib.

Tezadlar.az xəbər verir ki, aptekdə yararlılıq müddəti bitmiş baytarlıq preparatlarının satışa çıxarıldığı məlum olub və bir sıra nöqsanlar aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib, yararlılıq müddəti bitmiş baytarlıq preparatları satışdan kənarlaşdırılıb və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!