Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 Sentyabr 2021 / 17:19

AĞDƏRƏDƏ ERMƏNİLƏRİN GİROV GÖTÜRDÜYÜ AZƏRBAYCANLI 2 TERRORÇUYA DƏYİŞDİRİLDİ

Neçə gün əvvəl Ağdərədə sülhməramlıların nəzarətində olan ərazidə ermənilər tərəfindən saxlanılan azərbaycanlı Cəmil Babayevin taleyindən hamının xəbəri var…
Bəli, ermənilər sakitləşmir, öz torpağımızda bizi girov götürür, məhkəmə qurur, istintaq aparır… Ötən əsrin 90-cı illərinin qudurğanlığı! Onların ağlında hələ də həmin Azərbaycan qalıb deyəsən… Amma ayılmaları lazımdır, özü də lap tez… Və ermənilər tərəfindən saxlanılan azərbaycanlı Cəmil Babayev bu gün elə həmin Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Azərbaycana qaytarılıb. Özü də necə? Cəmil Babayev Artur Nalbandyan və Aramais Torozyan adlı 2 erməni terrorçu ilə dəyişdirilib. 
Deyəsən, ermənilər Azərbaycana terror törətməyə gəlib həbçilərimiz tərəfindən ələ keçən nadürüstlərini geri qaytarmağın bu sadə yolunu tapıblar. Amma əbəs! Odur ki, bölgədə yaşayan və ya çalışan vətəndaşlarımız son dərəcə diqqətli olmalıdırlar… Çünki nə qədər ki, Rusiya sülhməramlıları-hərbçiləri Qarabağdadır, belə təxribatçı əməllər davam edəcək…
A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!