29 Avqust 2024 / 07:53

AĞDAŞDA XƏSTƏXANADA CİBGİRLİK EDƏN ŞƏXS SAXLANILIB

Ağdaş Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini xəstəxanada olarkən cibində olan 530 manat pulunun naməlum şəxs tərəfindən oğurlandığını bildirib.

Tezadlar.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

“Həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Zavur Həsənov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb,araşdırmalar davam etdirilir. Z.Həsənovun digər analoji cinayətlər törətdiyi istisna edilmir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə müraciət edə bilərlər”, – deyə qeyd olunub.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!