Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İşğaldan azad edilmiş Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində noyabrın 16-sı mina hadisəsi baş verib.
Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN), Baş Prokurorluğun və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıb.
Bildirilib ki, 1990-cı il təvəllüdlü Bərdə kənd sakini Natiq Namiq oğlu Əliyev minalardan təmizlənməmiş ərazidə piyadaəleyhinə mina partlayışı nəticəsində ayağından xəsarət alıb.
Faktla bağlı Ağdərə Rayon Prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırıb.