Əsas məzmuna keç

AĞIR YOL QƏZASI: ÖLƏNLƏR VƏ YARALANANLAR VAR

Türkiyənin şimalında yerləşən Bartın şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Avtobusun idarəetməni itirərək aşması nəticəsində şəhərin bələdiyyə sədrinin köməkçisi də Ahmet Komeç daxil olmaqla 2 nəfər ölüb.

Daha 17 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Xəstəxanada müalicə alan yaralılardan 4-nün vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, bələdiyyə sədri Cemal Akın da qəza vaxtı avtobusda olub. Onun vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…