Bu videonu ürəyi zəif olanlar izləməsin… Belə ki, dünən Ağsu çayında daşqın zamanı həlak olan qəhrəman qardaşımız Pərviz bəy iş yoldaşlarını xilas edərkən öz həyatını da itirib. Belə ki, dünən Ağsu rayonunda selin ekskavatoru aparması nəticəsində tikinti sahəsinin rəisi Pərviz Həyatullayev həlak olub. Tezadlar.az xatırladır ki, sosial şəbəkələrdə hadisənin görüntüləri yayılıb. Görüntülərdən məlum olur ki, şirkətin iki əməkdaşı Ağsu çayında yaranmış sel nəticəsində köməksiz vəziyyətdə qalıb. Bu zaman onların digər iş yoldaşları ekskavator vasitəsilə həmin əməkdaşları xilas etməyə çalışıb və P. Həyatullayev də ekskavatorun çalov hissəsində həmin şəxslərə yaxınlaşaraq kəndirlə onları xilas etmək istəyib. Elə bu zaman sel daha da güclənib və ekskavatoru aparıb. Ekskavatorda olan Pərviz Həyatullayevlə digər əməkdaş çaya düşüblər. Onlardan Pərvizin həyatını xilas etmək mümkün olmayıb, digər üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Qeyd edək ki, 42 yaşlı Pərviz Həyatullayev 4 uşaq atası idi.
18 May
- 09:55
- 09:44
- 09:35
- 17:50
- 17:02
- 16:48
- 16:21
- 14:58
- 14:53
- 13:55
- 13:49
- 13:38
- 12:54
- 12:23
- 08:35
- 08:14
- 07:57
- 07:46
- 07:34
- 07:00