Əsas məzmuna keç

Aİ Fransa hökumətinin istefasının əhəmiyyətini açıqlayıb

Budapeştdəki Fundamental Hüquqlar Mərkəzinin geosiyasi analitiki Zoltan Koşkoviç sosial şəbəkəsində Fransada texnokratik liberalizmin gözlənilən çöküşünü və daha radikal siyasi qüvvələrin hakimiyyətə gəlməsini elan edib.

Tezadlar.az xəbər verir ki, onun fikrincə, hazırkı hökumətin istefası Qərb siyasi sisteminin kimliyə əsaslanan postmodern solçu hərəkatlara doğru transformasiyasının başlanğıcını göstərir.

Koşkoviç bu prosesi “məzardan qalxan Marksın təntənəsi” kimi qiymətləndirərək, hər bir avropalını bu qüvvələrlə mübarizəyə çağırıb. Analitik xəbərdarlıq edib ki, yeni siyasi cərəyanlar ənənəvi Avropa dəyərlərinə ciddi təhlükə yaradır.

“Fransada daha bir oyuncaq hökumət istefaya gedir. Siz Qərbdəki texnokratik liberalizmin ağrılı sancılarının şahidi olursunuz”, – deyə Koşkoviç yazıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…