Əsas məzmuna keç

Aİ GÜRCÜSTANDAKI VƏZİYYƏTƏ MÜDAXİLƏ YOLLARINI MÜZAKİRƏ EDƏCƏK – DEKABRIN 17-DƏ

Avropa İttifaqı ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri dekabrın 17-də təzyiq tədbirlərini və Gürcüstandakı vəziyyətə müdaxilə yollarını, o cümlədən sanksiyaların tətbiqi və vizasız rejimin məhdudlaşdırılması imkanlarını müzakirə edəcəklər.

Tezadlar.az xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna NATO xarici işlər nazirlərinin toplantısına gələrkən bildirib.

“Gürcüstan mövzusunu Aİ-nin növbəti Xarici Əlaqələr Şurasında nəzərdən keçirəcəyik (17 dekabr – RED.). Ata biləcəyimiz bir çox addımlar var, o cümlədən yüksək vəzifəli gürcü məmurları üçün ölkəyə giriş qadağaları, viza məsələləri (məhdudiyyətlər) və s.”, – o deyib.

Tsaxkna həmçinin oktyabrda Gürcüstanda keçirilən parlament seçkilərini “qanunsuz və ədalətsiz” kimi qiymətləndirib və bundan sonra respublikadakı vəziyyəti hansısa “Rusiyanın müdaxiləsi” ilə əlaqələndirməyə çalışıb.

Öz növbəsində, Litvanın xarici işlər naziri Qabrielius Landsberqis bildirib ki, Avropa diplomatiyasının yeni rəhbəri Kaja Kallas artıq Avropa Komissiyasından Gürcüstanı yenidən Avropa Birliyinə qaytarmaq məqsədilə Tiflisə təzyiq göstərmək üçün mümkün “variantlar” haqqında təkliflər hazırlayır.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…