4 Oktyabr 2024 / 06:31

Aİ İRANIN HÜCUMUNA CAVAB OLARAQ İSRAİLİN QƏRARLARINA TƏSİR EDƏ BİLMƏDİYİNİ ETİRAF EDİB

Avropa İttifaqı etiraf edib ki, o, İsrailin İranın hücumuna cavab vermək qərarlarına təsir etmək üçün çox az şey edə bilər.

Tezadlar.az xəbər verir ki, “Financial Times” (FT) qəzeti avropalı diplomatlara istinadən İsrailin hakimiyyət orqanlarına təsir edə bilmədiyini etiraf edir.

Qəzetin mənbələrinə görə, İsrailin İranın neft və ya nüvə infrastrukturuna hücumlardan çəkinəcəyinə dair heç bir təminat yoxdur.

Avropalı diplomatlardan biri deyib ki, Avropada o, İsrail rəhbərliyindən İrana qarşı cavab tədbirləri həyata keçirməkdən çəkinməsini istəyib, lakin tələbin yerinə yetiriləcəyinə heç bir təminat yoxdur.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!